Qusarın Xuray kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi - FOTO

Qusarın Xuray kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi - FOTO

Hazırda oxunan: Qusarın Xuray kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi - FOTO

590590

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Xuray kəndində keçirilib. 

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbulda kənd sakinləri ilə yanaşı, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müvafiq idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 

Qəbuldan əvvəl rayon icra hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri tərəfindən Xuray kəndində yerləşən şəhidlərin xatirə lövhəsi ziyarət edilib.

Xatirə lövhəsinin önünə gül dəstələri düzülərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib. Xuray kənd tam orta məktəbinin akt zalında keçirilən qəbulda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Səyyar qəbul zamanı sakinlər kəndin əsas yolunun asfaltlanması, istismara yararsız elektrik dirəklərinin yenilənməsi, torpaq sahəsinin verilməsi və sənədləşdirilməsi işlərinə kömək göstərilməsi və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
 

Həmçinin qeyd edilib ki, kənddə suvarma suyunun çatışmazlığı, örüş sahələrinin qanunsuz olaraq icarəyə verilməsi sakinlərin gündəlik həyatını çətinləşdirir. 


Qəbul zamanı sakinləri maraqlandıran məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb. 














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO