Bakıda evlər BAHALAŞDI: Ən çox bu rayonda - FOTO

Bakıda evlər BAHALAŞDI: Ən çox bu rayonda - FOTO

Hazırda oxunan: Bakıda evlər BAHALAŞDI: Ən çox bu rayonda - FOTO

590533

Bakının rayonlarında ötən il üzrə fərdi yaşayış evlərinin qiymətlərində baş verən dəyişiklik araşdırılıb.

Bizim.Media “Yurd.Media”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinindən bildirilib.

Qeyd olunub ki, 2025-ci ildə paytaxtın bütün rayonlarında fərdi yaşayış evləri bahalaşıb.

Ən sürətli qiymət artımı Səbail (24,3%), Sabunçu (23%) və Xəzər (22,2%) rayonlarında qeydə alınıb. Ən zəif artım isə Pirallahı (4,7%) və Qaradağ (5,5%) rayonlarında olub.

Hazırda ən bahalı fərdi yaşayış evləri Bakının mərkəzi sayılan Səbail rayonundadır - hər kvadrat metri 3 min manata çatıb. Nərimanov rayonunda belə evləri kvadrat metri 2200 manatdan, Nəsimi rayonunda 1600 manatdan, Yasamal rayonunda isə 1500 manatdan almaq olar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO