Hazırda sərnişindaşıma sahəsində əsas problemlərdən biri də vahid ödəniş kartlarının olmamasıdır. Bu gün avtobusda istifadə edilən ödəniş kartları dəmir yolunda keçərsizdir. Yaxud dəmir yolunda tətbiq edilən ödəniş kartı avtobusda və metroda keçərli deyil. Ona görə də sərnişinlər üzərlərində eyni vaxtda müxtəlif kartlar gəzdirirlər.
Digər bir problemsə sərnişindaşımada güzəştli ödəniş kartlarından istifadə edilməməsidir.
Hansı ki, əksər ölkələrdə bu cür kartlardan geniş istifadə olunur. Məsələn, qonşu Rusiya, Gürcüstan və Türkiyədə sözügedən təcrübə çoxdan tətbiq edilib.
Belə ki, sərnişingünlük, həftəlik, aylıq və hətta illik ödəniş kartları əldə edirlər. Bu kartlar müvafiq müddət ərzində həm metroda, həm avtobusda, həm də dəmir yolunda güzəştli şərtlərlə gediş imkanı yaradır. Nəticədə həm sərnişin daha az xərclə gediş edir, həm də ictimai nəqliyyata maraq artır.
Bəs ölkəmizdə güzəştli kartların tətbiq olunması nəzərdə tutulurmu?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. AYNA-dan Bizim.Media-ya bildirilib ki, ictimai nəqliyyatda müxtəlif ödəniş üsulları, o cümlədən saatlıq, günlük, aylıq ödənişlərin tətbiqi məsələsinə ictimai nəqliyyatda nağdsız ödənişlərə keçid tam təmin edildikdən sonra baxıla bilər:
“İctimai nəqliyyatda “brutto-müqavilə” sisteminin tətbiqi sözügedən proseslərin sürətlənməsinə töhfəsini verəcək”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 13.01.2026
İctimai nəqliyyatda gedişhaqqı ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ
Hazırda oxunan: İctimai nəqliyyatda gedişhaqqı ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ
Hazırda oxunan: İctimai nəqliyyatda gedişhaqqı ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ
590529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































