Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR - Azərbaycanda TÖMER sertifikatları əlçatan olacaq

Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR - Azərbaycanda TÖMER sertifikatları əlçatan olacaq

Hazırda oxunan: Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR - Azərbaycanda TÖMER sertifikatları əlçatan olacaq

590524

“Big Time Education” MMC Ankara Universitetinin nəzdində fəaliyyət göstərən TÖMER (Türkçe Öğretim Merkezi) ilə rəsmi əməkdaşlıq çərçivəsində Azərbaycanda bu qurumun rəsmi təmsilçisi statusunu əldə edib.

Bizim.Media-ya bu barədə ”Big Time Education”-dan məlumat verilib. Əməkdaşlıq çərçivəsində ”Big Time Education” vasitəsilə Azərbaycanda türk dili üzrə beynəlxalq standartlara uyğun rəsmi imtahan və sertifikatlaşdırma xidmətləri təqdim olunacaq. Keçirilən imtahanlar rəsmi status daşıyır və imtahan nəticələrinə əsasən verilən TÖMER sertifikatları Türkiyədə, eləcə də bir çox ölkələrdə beynəlxalq səviyyədə tanınır.

Bildirilir ki, imtahanlar şəffaf və etibarlı prosedurlar əsasında təşkil olunur. Namizədlər Bakı, Gəncə, Naxçıvan şəhərlərində və digər bölgələrdə imtahanlarda iştirak etmək imkanı əldə edəcəklər.
 

Qeyd edilir ki, qeydiyyat prosesi sadələşdirilib və imtahanda iştirak üçün yalnız pasport və ya şəxsiyyət vəsiqəsi tələb olunur. Bu təşəbbüs türk dili biliklərini rəsmi sənədlə təsdiqləmək, eləcə də təhsil və karyera planları üçün beynəlxalq səviyyədə tanınan sertifikat əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub.


Şirkət fəaliyyətində peşəkar yanaşma, şəffaf proses və rəsmi nəticələrin təmin olunmasını əsas prioritet kimi göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO