4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? – RƏSMİ AÇIQLAMA

4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: 4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? – RƏSMİ AÇIQLAMA

590379

Azərbaycan dilinin Orfoqrafiya lüğətinin yenidən tərtibatı  və təkmilləşdirilmiş formada çapı illərdir yubanır. Hələ 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən lüğətin yenidən tərtibatı ilə bağlı hazırlıq işlərinə başlanıldığı, həmçinin təkmilləşdirilmiş formada yeni lüğətin çap olunması nəzərdə tutulmuşdu. Amma 4 il keçməsinə baxmayaraq bu məsələ ilə bağlı yenilik yoxdur.

Məsələ ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, Orfoqrafiya lüğəti bu ilin plannındadır və çap olunacaq:

“Bu çox böyük məsələdir. Lüğət ictimai müzakirəyə verilməyəcək və institut daxilində müzakirə olunacaq. Bu il çap olunacaq, amma belə tələm-tələsik olmaz.

Çünki cənab Prezidentin noyabrın 3-də Dilçilik İnstitutununda görüşündə, yanvarın 5-də milli televiziyalara verdiyi müsahibəsində bəzi məsələlər oldu ki, biz onlara daha diqqətlə yanaşmalıyıq. Orada ola bilər ki, artıq sözlər var və onları çıxdaş edəcəyik, yenidən baxıb tənzimləyəcəyik”, - deyə Nadir Məmmədli əlavə edib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO