Bakıda film kimi OLAY: Sürücü yanacağın pulunu ödəməyərək qaçdı

Bakıda film kimi OLAY: Sürücü yanacağın pulunu ödəməyərək qaçdı

Hazırda oxunan: Bakıda film kimi OLAY: Sürücü yanacağın pulunu ödəməyərək qaçdı

58976

Bakıda avtomobilinə yanacaq doldurdan şəxs pulunu ödəməyərək qaçıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis idarəsinin (RPİ) 32-ci Polis Bölməsinə fevralın 2-də Qaraçuxur qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində “Chevrolet” markalı avtomobilin sürücüsünün 48 manat dəyərində yanacaq doldurduqdan sonra pulu ödəməyərək getməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Hüseynov müəyyən edilərək saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO