Paytaxtdakı 300 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Atalar və məktəb birliyi" yaradılıb.
Bu barədə Bizim.Media-ya Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.
"Atalar və məktəb birliyi"nin yaradılmasında əsas məqsəd ataları övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, atalarla məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək və övladlarının təhsilinə nəzarət işində onların rolunu artırmaqdan ibarətdir.
Layihə çərçivəsində IX-XI sinif şagirdlərinin ataları ilə görüş keçirilib.
Görüşdə atalar məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə töhfələri ilə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.
Atalara təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verilib.
Həmçinin atalar məktəblə, görülən işlərlə, tənəffüslərdə övladlarının davranışları ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:10 / 07.02.2022
Bakıda "Atalar və məktəb birliyi" yaradıldı - FOTO
Hazırda oxunan: Bakıda "Atalar və məktəb birliyi" yaradıldı - FOTO
Hazırda oxunan: Bakıda "Atalar və məktəb birliyi" yaradıldı - FOTO
58962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.