Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva 22 milyon funt-sterlinq müsadirə qərarı ilə bağlı apellyasiya şikayəti üzrə məhkəməni uduzub.
Bizim.Media-nın məlumatına görə, bu barədə “Daily Mail” nəşri yazıb.
Qeyd edilib ki, Hacıyeva Naytsbricdəki bir ev və Berkşirdəki bir qolf sahəsi almaq üçün xərclədiyi vəsaitin mənbəyini izah edə bilməyib.
Harrods yaxınlığındakı malikanə isə 2009-cu ildə Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş bir şirkət tərəfindən 11,5 milyon funt-sterlinqə alınıb.
Bildirilib ki, Hacıyevanın qərardan şikayət vermək üçün başqa yolu yoxdur:
“İndi o, bu sərvəti ilə əlaqədar tələb olunan məlumatları təqdim etməli olacaq”, - deyə vurğulanıb.
Qeyd edək ki, 2018-ci ildə Zamirə Hacıyevanın 2006-2016-cı illər arasında bir gündə 600.000 funt-sterlinq də daxil olmaqla, dəbdəbəli Harrods ticarət mərkəzində ümumilikdə 16 milyon funtdan çox pul xərclədiyi məlum olub. O, fevralda İngiltərənin Milli Cinayət Agentliyinin qanuni fəaliyyət göstərdiyini təsbit edən Apellyasiya Məhkəməsinin qərarını inkar edə bilməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:54 / 21.12.2020
Zamirə Hacıyeva məhkəməni uduzdu - Vəsaitin mənbəyini göstərə bilmədi
Hazırda oxunan: Zamirə Hacıyeva məhkəməni uduzdu - Vəsaitin mənbəyini göstərə bilmədi
Hazırda oxunan: Zamirə Hacıyeva məhkəməni uduzdu - Vəsaitin mənbəyini göstərə bilmədi
5895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.