Bakıda qadın qazdan boğulub.
Bizim.Media xəbər verir ki, hadisə səhər saat 6 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 31 yaşlı Rəşidə Tariyel qızı Abdullayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Lent.az)
Bizim.Media



































































































