14 yaşlı ana və körpəsinin son vəziyyəti - TƏBİB

14 yaşlı ana və körpəsinin son vəziyyəti - TƏBİB

Hazırda oxunan: 14 yaşlı ana və körpəsinin son vəziyyəti - TƏBİB

585089

Xəbər verdiyimiz kimi, Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda 14 yaşlı qız ana oldu - DİN araşdırma aparır


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, 11.12.2025-ci il tarixində saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edilib ki, pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Doğum şöbəsinə yerləşdirilib:

 

“Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.11.12.2025-ci il tarixində pasiyent üzərində abdominal doğuş icra edilib.


Çəkisi 2600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib. Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO