Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmə hazırlıq iclası başlayıb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, cinayət işinə Gəncə Ağır Cinayətlər
Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, bu il sentyabrın 14-də Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyib. Polis əməkdaşları ona mane olarkən K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Təqsirləndirilən Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə ittiham edilib.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:02 / 11.12.2025
Xankəndidə terror törətməyə cəhd edən erməninin məhkəməsi KEÇİRİLİR - FOTO/VİDEO
Hazırda oxunan: Xankəndidə terror törətməyə cəhd edən erməninin məhkəməsi KEÇİRİLİR - FOTO/VİDEO
Hazırda oxunan: Xankəndidə terror törətməyə cəhd edən erməninin məhkəməsi KEÇİRİLİR - FOTO/VİDEO
585034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































