Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub.
MÖVZU İLƏ BAĞLI:
Fərid Usubov həbs edildi
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, ümumilikdə 6 nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Onlardan biri - Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirovdur. Ona Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham elan olunub. Daşdəmirov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov barəsində də 2 ay 20 gün həbs qərarı verilib.
Qeyd edək ki, Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş, general-leytenant Cəbrayıl Usubovun oğludur.
Bizim.Media

































































































