Onlayn qumar oyunları qalmaqalı: Samir Nəsibovun əmlaklarına da həbs qoyuldu

Onlayn qumar oyunları qalmaqalı: Samir Nəsibovun əmlaklarına da həbs qoyuldu

Hazırda oxunan: Onlayn qumar oyunları qalmaqalı: Samir Nəsibovun əmlaklarına da həbs qoyuldu

584981

Mərkəzi Bank tərəfindən qumar oyunlarına görə bütün ödəniş əməliyyatları dayandırılan “Paysis” MMC-nin həbsdə olan rəhbəri Samir Nəsibovun əmlaklarına da həbs qoyulub.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş Prokurorluqda aparılan cinayət işi üzrə qərar verilib.

Qeyd edək ki, onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Dekabrın 2-də keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin dəyişdirilərək barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib.

Dövlət ittihamçısının vəsatəti təmin olunub. Hər üç təqsirləndirilənin - Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalında həbs olunublar. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO