50 yaşlı qadın paytaxtın Suraxanı rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində müvəqqəti sığınacaq tapıb. Bəzən binaların söhbətgahlarında, bəzən isə zirzəmilərində yaşayır.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, ətrafdakı sakinlər onun kimsəsiz olduğunu və artıq üç aydır küçədə qaldığını bildiriblər.
Telekanal əməkdaşları məsələnin mahiyyətini öyrənmək üçün həmin ünvana yollanıblar.
50 yaşlı Rəna Məmmədova fikrini dolğun şəkildə ifadə etməkdə çətinlik çəksə də, onun dediklərindən belə anlaşıldı ki, həyat yoldaşı və bacısı evinin açarını əlindən alıb və onu üç aydır evə buraxmırlar.
Müsahibin sözlərinə görə, əvvəllər ailəsi ilə hər hansı problemi olmayıb. Lakin yaranmış problemin səbəblərindən danışsa da, təfərrüatı açıqlamaq istəmir.
Üç aydır parklarda gecələyən Rəna Məmmədovaya ərazidə yaşayan sakinlər imkanları daxilində kömək edirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:27 / 11.12.2025
3 aydır küçədə yaşayan qadın: "Həyat yoldaşım və bacım evin açarını əlimdən alıblar" - VİDEO
Hazırda oxunan: 3 aydır küçədə yaşayan qadın: "Həyat yoldaşım və bacım evin açarını əlimdən alıblar" - VİDEO
Hazırda oxunan: 3 aydır küçədə yaşayan qadın: "Həyat yoldaşım və bacım evin açarını əlimdən alıblar" - VİDEO
584940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































