Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun dağlıq ərazisində, Dico kəndi istiqamətində ötən axşam saatlarında qeydə alınıb.
Məlumata görə, Tikaband kənd sakini Akif Ağacanov “Niva” markalı avtomobili yol kənarında saxladıqdan sonra nəqliyyat vasitəsindən düşüb. Qısa müddət sonra avtomobil qəfil hərəkətə gələrək dərəyə aşıb.
Hadisə zamanı avtomobildə sərnişin qismində olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində həyatını itirib.
Mərhumun cəsədi daxili və xarici müayinələr üçün Lənkəran rayonlararası Məhkəmə-Tibbi Ekspertiza mərkəzinə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu





























































































