Lerikdə ağır QƏZA: “Niva”nı yol kənarında saxladı, bacısı həyatını itirdi

Lerikdə ağır QƏZA: “Niva”nı yol kənarında saxladı, bacısı həyatını itirdi

Hazırda oxunan: Lerikdə ağır QƏZA: “Niva”nı yol kənarında saxladı, bacısı həyatını itirdi

584754

Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun dağlıq ərazisində, Dico kəndi istiqamətində ötən axşam saatlarında qeydə alınıb.

Məlumata görə, Tikaband kənd sakini Akif Ağacanov “Niva” markalı avtomobili yol kənarında saxladıqdan sonra nəqliyyat vasitəsindən düşüb. Qısa müddət sonra avtomobil qəfil hərəkətə gələrək dərəyə aşıb.
 

Hadisə zamanı avtomobildə sərnişin qismində olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində həyatını itirib.


Mərhumun cəsədi daxili və xarici müayinələr üçün Lənkəran rayonlararası Məhkəmə-Tibbi Ekspertiza mərkəzinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO