Gəncədə şagirdlər dönərdən ZƏHƏRLƏNDİ

Gəncədə şagirdlər dönərdən ZƏHƏRLƏNDİ

Hazırda oxunan: Gəncədə şagirdlər dönərdən ZƏHƏRLƏNDİ

584749

Gəncədə kütləvi qida zəhərlənməsi halı qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına  görə, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin 7 nəfər 5-ci sinif şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Onlara dərhal tibbi yardım göstərilib, müalicələri davam etdirilir. 

İlkin versiyaya görə şagirdlərin dönər yedikdən sonra halları pisləşib. 5-ci sinif şagirdlərinin dönəri haradan aldığı hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO