Xaçmaz rayonunun Qobuqırağı kəndində yerləşən Rövşən İsrafilov adına tam orta məktəb uzun illərdir qəzalı vəziyyətdə fəaliyyət göstərir. 1941-ci ildə inşa edilən binanın 1988-ci ildə taxta konstruksiyaları yeniləri ilə əvəz olunsa da, vəziyyət hələ də kritikdir.
Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, Vətən müharibəsi qazisi Aydın Fətiyev bildirib ki, hər an faciə baş verə bilər. Ötən aylarda bir sinif otağının döşəməsi çökdü, bir neçə şagird yüngül xəsarət aldı. Bu günlərdə isə güclü külək səbəbindən dam örtüyü zədələndi. Bir sözlə məktəb binası hər an uçma təhlükəsi ilə üz-üzə qalıb.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 10.12.2025
Xaçmazda məktəb uçma təhlükəsi ilə ÜZ-ÜZƏDİR – 80 illik bina nə vaxt YENİLƏNƏCƏK? – VİDEO
Hazırda oxunan: Xaçmazda məktəb uçma təhlükəsi ilə ÜZ-ÜZƏDİR – 80 illik bina nə vaxt YENİLƏNƏCƏK? – VİDEO
Hazırda oxunan: Xaçmazda məktəb uçma təhlükəsi ilə ÜZ-ÜZƏDİR – 80 illik bina nə vaxt YENİLƏNƏCƏK? – VİDEO
584683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































