UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və Yaşar Əhmədovun həmmüəllifi olduğu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi ilə nəşr edilmiş “Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi” kitabının təqdimatı baş tutub.
Bizim.Media xəbər verir ki, təqdimat zamanı kitabın müəllifləri çıxış edib.
UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov bildirib ki, Heydər Əliyev Azərbaycanın taleyini dəyişən şəxsiyyətdir:
“Bu günkü azad və güclü dövlət Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. Onun elm, hərb, təhsil - hər bir sahədə imzası var. Onun dövlətin möhkəmlənməsində, xalqın rifahının yüksəlməsində misilsiz xidmətləri var. Ona görə də ulu öndərin ideyası bu gün də yaşayır, sabah da yaşayacaq. 3 il ərzində ərsəyə gələn bu kitab nəhayət bu gün ışıq üzü gördü. Buna görə çox xoşbəxtik və biz hər birimiz fəxr edirik ki azərbaycanlıyıq.
ADNSU-nun dosenti Yaşar Əhmədov isə qeyd edib ki, bu kitab Heydər Əliyev irsinin kiçik bir damlasıdır:
“Bu kitab okeanda bir damladır. Hər halda bu töhvəni verdiyimiz üçün şadıq. Heydər Əliyev Azərbaycan tarixində misilsiz xidmətləri olan liderdir. Onun haqqında kitab yazmaq məsuliyyətli və bir o qədər şərəflidir”.
Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:15 / 09.12.2025
Heydər Əliyevlə bağlı kitabın müəllifləri: “Bu kitab okeanda bir damladır”
Hazırda oxunan: Heydər Əliyevlə bağlı kitabın müəllifləri: “Bu kitab okeanda bir damladır”
Hazırda oxunan: Heydər Əliyevlə bağlı kitabın müəllifləri: “Bu kitab okeanda bir damladır”
584670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































