“Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi” – FOTOLAR

“Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi” – FOTOLAR

Hazırda oxunan: “Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi” – FOTOLAR

584665

Dekabrın 9-da Azərbaycan-Fransız Universitetində (UFAZ) Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə dahi liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Heydər Əliyevin həyat yolu və xalqımız qarşısındakı xidmətləri barədə söhbət açılıb, onun dövlətçilik tariximizdə oynadığı mühüm rol, ölkəmizin inkişafı və xalqın rifahı naminə həyata keçirdiyi sosial və iqtisadi layihələr diqqətə çatdırılıb. Həmçinin Ulu Öndərin diplomatiya, mədəniyyət və elmin inkişafına göstərdiyi qayğı və dəstək vurğulanıb.
 

Tədbir çərçivəsində UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və Yaşar Əhmədovun həmmüəllifi olduğu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi ilə nəşr edilmiş “Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi” kitabının təqdimatı baş tutub. Kitabda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqın rifahının yüksəldilməsi və ölkəmizin uğurlu gələcəyinin təməlini qoymaq istiqamətindəki fəaliyyəti geniş işıqlandırılıb.


Həmçinin, kitab Ulu Öndərin təhsil, elm, mədəniyyət, enerji və hərb sahələrində apardığı siyasəti, milli-mənəvi dəyərlərin qorunmasındakı rolunu və Azərbaycanın müstəqil, qüdrətli dövlət kimi formalaşmasında göstərdiyi sarsılmaz səyləri əks etdirir. Oxucular bu nəşrdə Heydər Əliyevin uzaqgörən siyasətinə və xalqına sədaqətinə bütün çalarları ilə şahid ola bilərlər.

















Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO