Cəlilabada iki nəfəri öldürməyə cəhd edən gəncin işi məhkəməyə göndərildi

Cəlilabada iki nəfəri öldürməyə cəhd edən gəncin işi məhkəməyə göndərildi

Hazırda oxunan: Cəlilabada iki nəfəri öldürməyə cəhd edən gəncin işi məhkəməyə göndərildi

58441

Cəlilabadda iki nəfəri öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rayon Prokurorluğu məlumat yayıb. 

Belə ki, ötən il sentyabr 30-da Cəlilabad rayonu, Sərhədabad kənd sakinləri Mirseyidəli Əliyev və qohumu Miralmas Əliyevin öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İmişli rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Aparılmış istintaqla, zərərçəkmişlərin həmkəndlisi 2003-cü il təvəllüdlü Kənan Xubaliyevin qeyd edilən tarixdə aralarında olmuş mübahisə ilə əlaqədar Mirseyidəli Əliyevin yaşadığı evə gələrək həmin vaxt evin həyətində olan Mirseyidəli Əliyevə hücum edib əvvəlcədən özü ilə gətirdiyi bıçaqla sonuncuya müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə, həmçinin həmin vaxt orada olan və cinayin qarşısını almaqla ictimai borcunu yerinə yetirən Miralmas Əliyevə də bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Kənan Xubaliyev Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 126.2.2-ci maddələri (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO