Gəncədə həyat yoldaşı tərəfindən bıçaq xəsarətləri alan 1993-cü il təvəllüdlü Esmira Məhərrəmovanının sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 07.12.2025-ci il tarixində saat 18:00 radələrində 1993-cü il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
MÖVZU İLƏ BAĞLI:
“Qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir” deyə xəstəxanadan bildirilib.
Məlumat üçün bildirək ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 32 yaşlı E. Məhərrəmovanı bıçaqlayaraq hadisəni törətməkdə şübhəli bilinən 1990-cı il təvəllüdlü Məhəmməd Məhərrəmov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
































































































