Dekabrın 9-dan 10-na keçən gecə Yer kürəsində güclü maqnit qasırğası baş verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, dekabrın 8-də gecə saatlarında Günəşdə qeydə alınan M8.1 sinifli partlayış nəticəsində Yerə yüksək sürətli plazma axını müşahidə olunacaq.
Bu səbəbdən dekabrın 9 və 10-da G2-G3 səviyyəli (orta və güclü) maqnit qasırğası proqnozlaşdırılır.
İnstitutun məlumatına görə, partlayış güc baxımından orta səviyyəli olsa da, mərkəzi Günəş-Yer xəttinə yaxın baş verdiyi üçün onun təsiri daha güclü olacaq və bu təsiri azalda biləcək heç bir amil yoxdur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 08.12.2025
Dekabrın 10-na keçən gecə ilə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: Dekabrın 10-na keçən gecə ilə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: Dekabrın 10-na keçən gecə ilə bağlı XƏBƏRDARLIQ
584365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































