Azərbaycan Astana şəhərində xeyriyyə tədbirində təmsil olundu - FOTO

Azərbaycan Astana şəhərində xeyriyyə tədbirində təmsil olundu - FOTO

Hazırda oxunan: Azərbaycan Astana şəhərində xeyriyyə tədbirində təmsil olundu - FOTO

584336

Qazaxıstanın Astana şəhərində “ASA 16-cı İllik Milad” xeyriyyə yarmarkası keçirilir. Tədbirdə diplomatik nümayəndəliklərin, beynəlxalq məktəblərin və ictimai təşkilatların təmsilçiləri iştirak edirlər.

Bizim.Media xəbər verir ki, yarmarkada Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən ölkəmizin ənənəvi milli stendi təqdim olunub.
 

Stenddə milli suvenirlər, xalq sənətkarlarının məmulatları, milli mətbəximizə aid təamlar, habelə Azərbaycanın zəngin ənənələrini və tarixini əks etdirən mədəni irs nümunələri təqdim olunub.


Yarmarkada ölkəmizin iştirakı humanitar əməkdaşlığın və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, həmçinin Qazaxıstanda həyata keçirilən xeyriyyə təşəbbüslərinə dəstək verilməsinə yönəlib.

Diplomatik missiyaların nümayəndələri qeyd edirlər ki, tədbirdə müntəzəm iştirak xoş ənənəyə çevrilib və bu, təkcə ölkə mədəniyyətinin təqdim olunmasına deyil, həm də mühüm sosial proqramlara dəstək göstərilməsinə imkan yaradır.
 

Xeyriyyə yarmarkası Qazaxıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin həyat yoldaşları tərəfindən, yerli və beynəlxalq işgüzar dairələrin dəstəyi ilə təşkil olunub.


Yarmarkanın məqsədi sosial təşəbbüslərə yardım göstərmək və xeyriyyə layihələrini dəstəkləməkdir.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO