BDU-nun dosenti Qismət Davudov VƏFAT ETDİ

BDU-nun dosenti Qismət Davudov VƏFAT ETDİ

Hazırda oxunan: BDU-nun dosenti Qismət Davudov VƏFAT ETDİ

584317

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Qismət Davudov vəfat edib.

Bizim.Media xəbər verir ki, Qismət Davudov 1964-cü ildə Xaçmaz rayonunun Xaspolad-oba kəndində anadan olub.

1991-ci ildə Xaçmaz şəhər 45 saylı dəmiryol məktəbini bitirib. 1985-1990-cı illərdə BDU-nun Tarix fakültəsinin əyani şöbəsinin Azərbaycan bölməsində təhsil alıb. 2006-cı ildə "XIX əsrin birinci otuzilliyində İran-Rusiya münasibətləri İran tarixşünaslığında" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
 

O, 1990-cı ildə Asiya və Afrika ölkələri tarixi kafedrasına baş laborant vəzifəsinə təyin edilib. 1992-ci ildə həmin kafedrada müəllim, 1995-ci ildə baş müəllim vəzifəsinə seçilib. İndiyədək kafedranın dosenti kimi fəaliyyət göstərib. Qismət Davudovun tədqiqat sahəsi Asiya və Afrika ölkələri, İran və Yaponiya tarixi üzrə olub.


BDU rəhbərliyi və kollektivi dosent Qismət Davudovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO