Bakı metropoliteninin "28 May" stansiyasında qatarların hərəkətində fasilə yaranıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, buna səbəb stansiyada hərəkət etmək istəyən qatarda tüstülənmənin baş verməsi olub.
Edilən anonsun ardından sərnişinlər vaqonlardan düşürülüblər.
Bildirilir ki, tüstülənmə yeni nəsil qatarda baş verib.
"Bakı Metropoliteni" QSC-dən məlumat verilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:
"28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov" elektrik deposuna göndərilib".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
01:00 / 06.12.2025
Bakı metrosunda TÜSTÜLƏNMƏ - Sərnişinlər düşürüldü
Hazırda oxunan: Bakı metrosunda TÜSTÜLƏNMƏ - Sərnişinlər düşürüldü
Hazırda oxunan: Bakı metrosunda TÜSTÜLƏNMƏ - Sərnişinlər düşürüldü
584097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































