Biləsuvarda YOL QƏZASI: Dörd nəfər xəsarət aldı - FOTO

Biləsuvarda YOL QƏZASI: Dörd nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Biləsuvarda YOL QƏZASI: Dörd nəfər xəsarət aldı - FOTO

584054

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Biləsuvar şəhərinin ərazisində baş verib.

İlkin məlumatlara görə, minik avtomobili yüksək tonnajlı yük maşını ilə toqquşub. Qəza zamanı Cəlilabad rayon sakinləri - 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma davam etdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO