Hansı televiziyalarda işarət dili tətbiq OLUNUR? – ARAŞDIRMA

Hansı televiziyalarda işarət dili tətbiq OLUNUR? – ARAŞDIRMA

Hazırda oxunan: Hansı televiziyalarda işarət dili tətbiq OLUNUR? – ARAŞDIRMA

584025

Xəbər verdiyimiz kimi, bu ilin aprelində Dövlət başçısının təsdiqlədiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə edilən yeni – 12-1-ci maddəyə əsasən Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub.

İşarət dilinin tətbiqi yalnız dövlət büdcəsi hesabına maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları üçün nəzərdə tutulub.
 

Bu kateqoriyaya "Azərbaycan Televiziya və Radio Verilişləri QSC"nin üç redaksiyası: AzTV, "İdman TV" və "Mədəniyyət TV", həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İTV redaksiyası aiddir.


Yəni, dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin etməlidirlər.

Bizim.Media-nın araşdırmasına görə, “İctimai Tv”, “İdman Tv” və “Mədəniyyət Tv”-də informasiya proqramlarında işarət dili tətbiq olunsa da, “AzTV” də olunmur.

Bəs buna səbəb nədir?

Televiziyanın İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov Bizim.Media-ya açıqlamasında bildirib ki, işarət dilinin hələ tətbiq olunmamasının səbəbi mütəxəssisin az olmasıdır:

“Həmçinin, işarət diliylə bağlı fiziki məhdudiyyətli şəxslərin saytımızdan istifadə etməsini asanlaşdırmaq üçün saytda yeni sistem qurulub. Bu cür fəaliyyətin aparılması əvvəl daha aktual olduğu üçün, mütəxəssis də çox idi. İndi isə o istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin tapılması da çətindir”.

Rüfət Seyidov qeyd edib ki, mütəxəssislərin hazırlanması üçün televiziya tərəfindən seminarlar, təlimlər təşkil olunur. 

““İdman Tv” və “Mədəniyyət Tv”-də informasiya proqramlarında işarət dilindən istifadə olunur. “AzTV”-də isə 2026-cı ildə işarət dilindən tətbiq olunması nəzərdə tutulub”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO