Azərbaycana idxal olunan energetik içkilərdə təhlükəli maddə aşkarlandı - FOTO/VİDEO

Azərbaycana idxal olunan energetik içkilərdə təhlükəli maddə aşkarlandı - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycana idxal olunan energetik içkilərdə təhlükəli maddə aşkarlandı - FOTO/VİDEO

583886

Azərbaycana idxal olunan "Nitro Max" energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, laborator sınaqların nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qida məhsullarında istifadəsinə icazə verilməyən sildenafil maddəsi aşkar edilib.

Ümumi sayı 4 800 ədəd olan energetik içki xüsusi poliqonda məhv olunub.
 

Qeyd edək ki, sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur.


Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO