Deputatdan televiziyalarla bağlı TƏKLİF – “Bu güzəştlər edilə bilər”

Deputatdan televiziyalarla bağlı TƏKLİF – “Bu güzəştlər edilə bilər”

Hazırda oxunan: Deputatdan televiziyalarla bağlı TƏKLİF – “Bu güzəştlər edilə bilər”

583456

“Reklam bazarındakı qeyri-bərabər rəqabət TV və radio sektoru üçün müəyyən çətinliklər yaradır. Hazırda bu sahədə narahatlıq doğuran məsələlərdən biri də rəqəmsal platformaların, xüsusilə də “TikTok”, “Meta”, “Google” və digər qlobal resursların Azərbaycan TV və radiolarının reklam bazarını faktiki olaraq ələ keçirmələri ilə bağlıdır. Nəticədə yerli tv və radioların gəlirləri azalır, çünki reklam büdcələri həmin rəqəmsal platformalar üzərindən xaricə gedir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, əgər media resurslarının bir hissəsinə vergi güzəştləri tətbiq olunursa, TV və radiolara münasibətdə də eyni yanaşmanın sərgilənməsinin nəzərdən keçirilməsi doğru olardı:

“Bu sıraya, uyğun bilindiyi halda texniki avadanlıqların alınması üçün rüsum güzəştləri, media subyektləri üçün mənfəət vergisinin müvəqqəti azaldılması və ya ilk 5 il məhdudlaşdırılmış güzəşt tətbiqi çox mühüm dəstək mexanizmi ola bilər. Bu həm də sözügedən sahəyə investisiya imkanlarının artırılması deməkdir.

Eyni zamanda, qənaətimə görə, xarici rəqəmsal platformalar ədalətli vergiyə və öhdəliklərə cəlb olunmalıdırlar. Yerli medianın qorunması və bərabər rəqabəti təmin etmək üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam vergisi tətbiq olunmalı, “TikTok”, “Meta”, “Google” və digər qlobal resurslar qarşısında yerli təsisçi və ya nümayəndəlik, yerli server və təmsilçilik açmaq açmaq öhdəliyi qoyulmalı, eləcə onlardan uşaq-kontent qaydalarına riayət edilməsi tələb olunmalıdır.

Düşünürəm ki, sadalanan bu addımlar həm dövlət büdcəsinin yükünü azalda, həm reklam bazarını tənzimləyə, həm də informasiya təhlükəsizliyinə mühüm töhfə verə bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO