“Nəinki ölkə xaricində, ölkənin daxilində də, ölkənin suverenliyinə, ərazi bütövlüyünə, onun inkişafına, tərəqqisinə, görülən quruculuq, abadlıq işlərinə kölgə salmağa cəhd göstərən qüvvələr var, siyasi partiyalar, onların nümayəndələri var. Bunların qarşısını almaqdan ötrü bizim təhlükəsizlik orqanları, hüquq-mühafizə orqanları mütəmadi olaraq operativ şəkildə öz işlərini qurmalı, aparmalıdır.
Nəticə etibarı ilə, biz bunun nəticələrini görməkdəyik. Kimlər Azərbaycan dövlətinə əl uzadırsa, Azərbaycan dövlətinin müstəqilliyinə qarşı çıxmaq istəyirsə, Azərbaycanı başqa bir dövlətin vassalı hesab etmək istəyirsə, onun cəzası ağır cəza olacaq”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, kimliyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir və cavab verməlidir:
“İstər siyasi partiya rəhbəri, istər siyasi partiya olsun, istərsə də keçmişdə hansısa xidməti, işi-gücü olsun. Bunların heç birinin əhəmiyyəti yoxdur. Bu gün dövlət var, dövlətin başçısı var, Ali Baş Komandan var və Ali Baş Komandanın apardığı siyasəti Azərbaycan xalqı tərəfindən dəstəklənir”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:01 / 02.12.2025
Siyavuş Novruzov: “Kim dövlətimizə əl uzatsa, cəzası ağır olacaq”
Hazırda oxunan: Siyavuş Novruzov: “Kim dövlətimizə əl uzatsa, cəzası ağır olacaq”
Hazırda oxunan: Siyavuş Novruzov: “Kim dövlətimizə əl uzatsa, cəzası ağır olacaq”
583447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































