Uralda Azərbaycan diasporunun yeni rəhbəri xüsusi təyinatlılar tərəfindən saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Şahin Şıxlinski işində QALMAQAL – Heç bir sübut olmadan SAXLANILIB – SENSASİON DETALLAR
Bizim.Media xəbər verir ki, diaspor rəhbəri təyin olunan Vidadi Mustafayev elita fitnes-mərkəzindən çıxarkən saxlanılıb.
Rusiya KİV-lərinin yazdığına görə, o, torpaq satışında dələduzluqda şübhəli bilinir.
Cəmi üç ay əvvəl o, əvvəlki diaspor rəhbəri Şahin Şıxlinski həbs olunduqdan sonra “Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclik və İdman Mərkəzi”nin rəhbəri təyin edilmişdi.
Xatırladaq ki, avqust ayında Moskvanın Basmannı Məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.
Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilmişdi.
Bizim.Media



























































































