Qubada 35 kilovattlıq elektrik dirəyinə çıxan təxminən 35 yaşlı kişini danışıqlardan sonra hündürlükdən düşürmək mümkün olub.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onu hadisə yerinə gələn qardaşı düşürüb.
Bu səbəbdən “Quba-1" xəttindən qidalanan Quba və Qusar rayonlarına işığın verilişi təxminən 1 saatdan sonra bərpa olunub.
Elektrik dirəyinə çıxan kişinin hansı səbəbdən belə etməsi açıqlanmır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, həmin şəxsin ailə problemi olub.
Fakta görə araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





























































































