Məhkəmə keçmiş bələdiyyə sədri ilə bağlı qərar verdi

Məhkəmə keçmiş bələdiyyə sədri ilə bağlı qərar verdi

Hazırda oxunan: Məhkəmə keçmiş bələdiyyə sədri ilə bağlı qərar verdi

583203

Şirvan Apellyasiya Məhkəməsində Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevayanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: A.Mirzəyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz işindən istifadə edərək törədildikdə),179.2.4-cü (Mənimsəmə və ya israf etmə xeyli ziyan vurmaqla törədildikdə), 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitdən təyinatı üzrə istifadə edilməməsi) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə o, üç il müddətə azadlığın məhdudlaşdırılması, üç il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO