Prezidentin yaratdığı kəndə məmurlardan ÖGEY MÜNASİBƏT: 9 ildir kəndə telefon xətti çəkilmir 

Prezidentin yaratdığı kəndə məmurlardan ÖGEY MÜNASİBƏT: 9 ildir kəndə telefon xətti çəkilmir 

Hazırda oxunan: Prezidentin yaratdığı kəndə məmurlardan ÖGEY MÜNASİBƏT: 9 ildir kəndə telefon xətti çəkilmir 

58307

Xaçmaz rayonunun tən ortasında yerləşən Palıdlı kəndi 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. 

Kənd əvvəllər Dədəli İnzibati Ərazi Vahidliyinə daxil olan Xıraxoba adlanırdı. Xıraxobalılar Dağıstanın Məhərrəmkənd rayonundan bu ərazilərə maldarlıqla məşğul olmaq üçün gəlmiş əhali olub.

1954-cü ildən başlayaraq qışlamaq üçün bu ərazilərə öz mal-davarlarını gətirərdilər. Amma müstəqillik illərində vəziyyət dəyişdi.

Xıraxobalılar iki müstəqil dövlətdən birini seçmək qarşısında qaldılar. Gedənlər halallaşıb mal-mülklərini sataraq, Rusiya vətəndaşlığını qəbul edib köçdülər. Bu ərazidə isə yeni kənd salındı və Prezident tərəfindən yaradılmış Palıdlı kəndi yeni sakinlərinə qucaq açdı.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazın Palıdlı məktəbində nə baş verir? – İcra başçısı TƏCİLİ göstəriş verdi


Həmin zaman kənddə müasir evlər tikildi, yüksək səviyyəli yol infrastrukturu quruldu. Amma o zamandan kəndin telefonlaşdırılması unuduldu. O vaxtdan bəri texnologiyanın inkişafı belə Palıdlı kəndinin dərdinə əlac ola bilmədi. 

Telefon xətlərinin yoxluğu kəndin evlərini internet imkanlarından da məhrum etdi. Ancaq mobil operatorların ixtiyarına qalan palıdlılar vəziyyətin bu cür şəkil almasından narazıdırlar. Çünki hamının imkanı yoxdur ki, mobil operatorların göstərdiyi xidmətdən istifadə edə bilsin. Çünki bu servis anoloq telefon xətləri vasitəsi ilə göstərilən xidmətdən çox baha başa gəlir.

Sakinlər dəfələrlə rayon kommunikasiya qovşağına müraciət etsələr də indiyədək heç bir nəticə yoxdur. Qonşu Nağıoba və Kiçik Baraxum kəndlərində də vəziyyət eynidir. 

Şəxsən mən özüm, Aytəkin Alxaslı, Palıdlı sakini kimi, dəfələrlə Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin qaynar xəttinə və yerli qovşağa müraciət etmişəm. Hətta 2018-ci ildə keçmiş nazir Ramin Quluzadə Qusarda vətəndaş qəbulu kerirərkən, ona da sözümüzü çatdrmışam. Keçmiş nazir o zaman AzTelekoma göstəriş də vermişdi. 
 

Problem isə yerində saymaqdadır. Elmi-texniki tərəqqinin heç küləyi də Palıdlı kəndinin üstündən əsməyib.


Kəndin telefon problemini araşdıran zaman bir daha Xaçmaz rayon telekommunikasiya qovşağının rəisi Azim Davıdovla əlaqə saxladım.

Azim Davıdov isə yenə vəd verərək bildirdi ki, rayon ərazisində yeni proqramla telefon xətti çəkiləcək, Palıdlı kəndi və qonşu iki kənd də il ərzində telefonlaşdırılacaq.

Aytəkin Alxaslı.Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO