İki ay komada qalan Vətən Müharibəsi iştirakçısı vəfat etdi

İki ay komada qalan Vətən Müharibəsi iştirakçısı vəfat etdi

Hazırda oxunan: İki ay komada qalan Vətən Müharibəsi iştirakçısı vəfat etdi

581891

Sentyabrın 26-da Quba rayonu ərazisində Quba-Rusiya sərhədi yolunun rayonun Aşağı Xuc kəndindən keçən hissəsində baş verən qəzada ağır yaralanan 24 yaşlı Asim Asəf oğlu Qafarov vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, müalicə aldığı Quba rayon mərkəzi xəstəxanasında vəfat edib.

Qeyd edək ki, Quba sakini, 23 yaşlı Ceyhun Əliəhməd oğlu Yusifovun idarə etdiyi Vaz-21011 markalı avtomaşının ağaca çırpılması nəticəsində sürücü C.Yusifov xəstəxanada dünyasını dəyişmişdi, sərnişin Asif Qafarov isə yaralanmışdı.

İki aydır komada olan və bu gün vəfat edən Asim Qafarovun Vətən Müharibəsi iştirakçısı olduğu deyilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO