Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq olunacaq.
Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı AZS 599:2025 dövlət standartı qəbul olunub.
Yeni standarta əsasən, nəqliyyat vasitələrinin region kodu həm iki, həm də üçrəqəmli olacaq.
Bununla əlaqədar olaraq yeni veriləcək bir sıra nömrələrdə altı rəqəm olacaq:
- İlk 3 rəqəm - region kodu,
- Ardınca gələn 2 hərf - nəqliyyat vasitəsinin seriyası,
- Son 3 rəqəm isə - nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.
Xatırladaq ki, standarta edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri də ləğv olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:52 / 22.11.2025
Maşın nömrələrində region kodu belə olacaq - YENİLİK
Hazırda oxunan: Maşın nömrələrində region kodu belə olacaq - YENİLİK
Hazırda oxunan: Maşın nömrələrində region kodu belə olacaq - YENİLİK
581823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































