56 cinayətin üstü “isti izlər”lə açıldı, 68 nəfər saxlanıldı 

56 cinayətin üstü “isti izlər”lə açıldı, 68 nəfər saxlanıldı 

Hazırda oxunan: 56 cinayətin üstü “isti izlər”lə açıldı, 68 nəfər saxlanıldı 

58089

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılıb. 

Bizim.Media Daxili işlər nazirliyinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO