Bu gün öldüyü deyilən şair Elkin Kərimli haqqında yayılan xəbərlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, şair öz “Facebook” səhifəsində yalan məlumata zarafatyana reaksiya verib.
MÖVZU İLƏ BAĞLI:
Oteldə öldüyü deyilən şair SAĞ İMİŞ - FOTO
"Adamı ölməyə də qoymursunuz" deyən şair Bakıdan kənara çıxmadığını və ailəsinin sözügedən xəbərlərdən narahatlığını dilə gətirib.
O, dünyasını dəyişən adaşına rəhmət diləyib.
Elkin Kərimlinin məsələyə gec münasibət bildirməsinin səbəbini isə şairin dostu Yetim Qacar Bizim.Media-ya açıqlamasında bildirib.
O, E.Kərimlinin mühafizə xidmətində çalışdığını və gün ərzində ona mobil telefondan istifadə etməyə icazə verilmədiyini deyib.
Xatırladaq ki, şair Elkin Qədirlinin ölüm xəbərinin yayılmasına onun bu gün vəfat edən vəkillə eyni ad və soyadı daşıması səbəb olub. Sonradan şəxslərin ata adları dəqiqləşdirilib, məsələ aydınlaşıb.
Qeyd edək ki, dərmandan zəhərlənərək dünyasını dəyişən şəxs vəkil Elkin Zakir oğlu Kərimlidir.

Şəfiqə Şəfa, Bizim.Media




























































































