Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? – İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? – İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? – İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

578880

Xəbər verdiyimiz kimi, noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”


Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin qorunmasının vacibliyini xüsusi vurğulayıb. Dövlət başçısı alimləri ana dilinin qorunması istiqamətində dəstək göstərməyə çağırıb.

Bəs Ana dilinin saflığının qorunması üçün hansı addımlar atılacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən AMEA-nın prezidenti İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan dilinin elmi qrammatikası üzərində uzunmüddətli işlərin aparılması Akademiyanın prioritet istiqamətlərindəndir:

“Azərbaycan dilinin elmi qrammatikası məhz AMEA-da həyata keçirilən uzunömürlü layihələrdən biridir. Müstəqillik dövrünün çağırışları Azərbaycan dilinin qrammatikasının milli ideologiya əsasında yenidən formalaşdırılmasını zəruri edir”, - deyə İsa Həbibbəyli bildirib.

“Yeni kitablar nəşr olunacaq”

AMEA prezidentinin sözlərinə görə, Prezident İlham Əliyevin dilin qorunması ilə bağlı tapşırıqları müasir dövrün reallıqlarına tam uyğun gəlir. Bu istiqamətdə Akademiyada bir sıra fundamental elmi tədqiqatlar aparılır, nəşrlər hazırlanır:

“Hazırda Azərbaycan dilinin daxili imkanları hesabına zənginləşdirilməsi, lazımsız texnologiya və yad təsirlərdən qorunması üçün lüğətlər, ensiklopediyalar üzərində iş gedir. Artıq fonetika və leksika kitabları çapdan çıxıb. Yaxın vaxtlarda sintaksis və leksikologiya kitabları da nəşr olunacaq. Bundan başqa,  nitq mədəniyyəti kitabı üzərində iş aparılır”, -  deyə İ.Həbibbəyli əlavə edib.

O, qeyd edib ki, AMEA qarşıya qoyulan məqsədlərə əməli işlərlə və real tədqiqatlarla cavab verməyi planlaşdırır:

“Biz Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dilimizin inkişafı və saflığının qorunması istiqamətində praktiki addımlar atacağıq”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO