Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin məhkəmə araşdırması başa çatıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində
keçirilən son iclasda hökm oxunub.
Sərbəst mühakimə olunan müttəhimlərin hər biri verilmiş ittihamlarla təqsirli biliniblər. Onlara 9 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, yaşları və xəstəlikləri nəzərə alınaraq real cəza çəkmələrinə zərurət görülməyib. Həmin müddət şərti hesab edilib.
Hökm cinayət işini araşdıran hakim Rasim Sadıqov üçün də xüsusi əhəmiyyət daşıyıb. Belə ki, bununla onun hakimliyi başa çatıb.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin mayında Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib. Prokuror təqsirləndirilənlərin 10 il 6 aya kimi həbsini tələb edirdi.
Fotoda: Yadulla Balışov, Tahir Vəliyev, Saleh Novruzi

Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							14:10 / 04.11.2025
							
						Hakimliyini onları həbs etməklə bitirmədi... – FOTO
						
							
								Hazırda oxunan: Hakimliyini onları həbs etməklə bitirmədi... – FOTO							
						
					
					
					
								Hazırda oxunan: Hakimliyini onları həbs etməklə bitirmədi... – FOTO							
						578826
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					




























































































