Bu görüntüləri FHN Gəncədən yaydı - Zərərçəkmişlərin xilası... / FOTO

Bu görüntüləri FHN Gəncədən yaydı - Zərərçəkmişlərin xilası... / FOTO

Hazırda oxunan: Bu görüntüləri FHN Gəncədən yaydı - Zərərçəkmişlərin xilası... / FOTO

57754

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində “Yanğınlar zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, təlimin keçirilməsində əsas məqsəd əməkdaşların yanğınla mübarizə, o cümlədən yanğın zamanı zərərçəkmişlərin xilası, təhlükəsiz əraziyə təxliyə edilməsi və  ilkin tibbi yardımın göstərilməsi,qəza-xilasetmə əməliyyatları üzrə idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti yanğın baş vermiş binada yanğınla mübarizə tədbirləri uğurla icra edilib.

Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO