Kürdəmirdə AĞIR QƏZA: 2 ölü, 3 yaralı var - FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA: 2 ölü, 3 yaralı var - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə AĞIR QƏZA: 2 ölü, 3 yaralı var - FOTO/VİDEO

577177

Kürdəmirdə dəhşətli yol qəzası baş verib.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

Həmin yolda hərəkətdə olan VAZ 2107 markalı avtomobil traktora çırpılıb. Hadisə nəticəsində ilkin məlumata görə, 2nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də FHN-nin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.









Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO