“İlin sonunadək Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Bakıya səfər edə bilərlər”

“İlin sonunadək Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Bakıya səfər edə bilərlər”

Hazırda oxunan: “İlin sonunadək Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Bakıya səfər edə bilərlər”

576863

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana cavab səfəri bu ilin sonuna qədər baş tuta bilər.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a 2025-ci il oktyabrın 21-22-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri heyətinin tərkibində İrəvana səfər etmiş "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova bildirib.

"Səfərin qarşılıqlı olacağını gözləyirik. Görüşlərin formatını (vətəndaş cəmiyyəti nümayəndələri - red.) uzunmüddətli perspektivdə davam etdirmək planlaşdırılır. Müsbət siqnallar olarsa, proses daha da inkişaf edəcək. Ermənistanın nümayəndə heyətinin Bakıya konkret səfərinə gəlincə, o, yaxın zamana planlaşdırılır. Təfərrüatlar hələ müzakirə olunur. Lakin bu səfərin ilin sonuna qədər mümkün olacağı gözlənilir", - o qeyd edib.

K.Məmmədovanın sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfəri müsbət və konstruktiv atmosferdə keçib:

"Heç bir təxribat və ya mənfi məqam olmayıb. Təşkilatçılıq, o cümlədən təhlükəsizlik məsələləri yüksək səviyyədə idi. Ermənistan tərəfi və erməni nümayəndə heyəti, o cümlədən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşlər konstruktiv keçib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO