Bir neçə ildir ki, orta məktəb müəllimləri sertifikatlaşdırma prosesinə cəlb olunur. Bu yolla həm müəllimlərin bilik və bacarıqları yoxlanılır, həm də buna uyğun əmək haqlarına əlavələr olunur.
Bəs peşə təhsil müəssisələri müəllimləri də sertifikasiya imtahanı verəcəklərmi?
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu, indiki mərhələdə nəzərdə tutulmur:
“Bunun ilk səbəblərindən biri sözügedən müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanmasıdır. Onların bilik və bacarığı ilk dəfə işə qəbul olunduqları zaman Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü tarixli KQ-03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi QAYDALARI”na əsasən müsahibə əsasında yoxlanılır”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 21.10.2025
Peşə məktəblərinin müəllimləri də SERTİFİKASİYA imtahanı VERƏCƏK? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Peşə məktəblərinin müəllimləri də SERTİFİKASİYA imtahanı VERƏCƏK? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Peşə məktəblərinin müəllimləri də SERTİFİKASİYA imtahanı VERƏCƏK? – Rəsmi AÇIQLAMA
576270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.