DTX-nin həbs etdiyi, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

DTX-nin həbs etdiyi, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: DTX-nin həbs etdiyi, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

575673

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş və terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin cinayət işi üzrə məhkəmə başlayır.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası oktyabrın 28-nə təyin edilib.
 

Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur


Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO