Çin avtomobilləri alanda nəyə diqqət edilməlidir?

Çin avtomobilləri alanda nəyə diqqət edilməlidir?

Hazırda oxunan: Çin avtomobilləri alanda nəyə diqqət edilməlidir?

575648

Azərbaycana avtomobil idxalı 2025-ci ilin ilk 9 ayı ərzində rekord səviyyəyə yüksəlib.

Bizim.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumatlara əsasən, yanvar-sentyabr aylarında ölkəyə ümumilikdə 85 257 ədəd avtomobil gətirilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28.6 faiz artım deməkdir.

DGK ümumi idxal rəqəmlərini açıqlasa da, avtomobil bazarındakı analitiklər bu kəskin artımın böyük hissəsini Çin markaları ilə əlaqələndirirlər. Münasib qiymətlər, müasir texnologiyalar və dövlətin tətbiq etdiyi güzəştlər (ƏDV və gömrük rüsumundan azadolma) Çin istehsalı olan elektrik və hibrid avtomobillərə marağı sürətləndirib.

Ötən ilin statistikasına görə, ölkəyə idxal edilən elektrik və hibrid avtomobillərin bazardakı ümumi payının təxminən 78 faizi məhz Çin modellərinin payına düşüb.

2024-cü ilin sonuna olan məlumata görə, Azərbaycanda 29 456 ədəd Çin istehsalı avtomobil qeydiyyatdan keçib. Bu, əvvəlki illərlə müqayisədə kəskin artım dinamikasının davam etdiyini göstərir. Məsələn, 2022-ci ildə Azərbaycana idxal edilən minik avtomobillərinin sayı illik 43 faiz artaraq 2 888 ədəd təşkil etmişdi.
 

Bazar iştirakçıları arasında Çin avtomobillərinin qiymətinin ucuz olması və rəsmi servis şəbəkəsinin az yayılması səbəbindən keyfiyyətlə bağlı fərqli rəylər mövcuddur. Bəzi alıcılar "20-25 min manata dolu komplektasiyalı keyfiyyətli maşın istehsal etmək mümkün deyil" fikrindədirlər.


Avtomobil sahəsində tanınmış ekspert, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Natiq Zərbəliyev isə bütün Çin avtomobillərinin keyfiyyətsiz olması ilə bağlı deyilənlərlə razılaşmır.

Azərbaycanda Çin avtomobillərinin işğalı altında: Alıcılar nəyə diqqət etməlidirlər?

Ekspert bu fikirləri oxu.az-a şərh edərkən alıcıları avtomobil markalarının tarixini araşdırmağa çağırıb:

"Ən keyfiyyətli və lüks avtomobillərdə belə zaman-zaman texniki problemlər meydana çıxır. Amma o zaman alıcı ilə həmin şirkət arasında rəsmi servis dayanır və problemi həll edir. Bu gün elə Çin markaları var ki, "Toyota" qədər istehsal tarixi var və məhsulları bazarda keyfiyyətli hesab olunur. Belə şirkətlər rəsmi servislər, ehtiyat hissə təminatı və s. ilə təmin edirlər."
 

"Elə şirkətlər də var ki, xüsusi layihələr əsasında avtomobil hazırlayır. Təbii ki, bu cür istehsal olunan avtomobillərin keyfiyyəti suallar yaradır. İnternetdən Çindən avtomobil sifariş verib alanlar var. Təbii ki, onlar üçün servis xidməti təşkil olunmur və problemlə üzləşirlər".


Nəqliyyat ekspertləri, ümumilikdə, Çin avtomobillərinin populyarlıq qazanacağını proqnozlaşdırırlar, lakin rəsmi diler şəbəkələri tərəfindən satılmayan avtomobillərdə ehtiyat hissələrinin tapılması və zəmanətli servis xidmətləri ilə bağlı çətinliklərin hələ də mövcud olduğunu qeyd edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO