Məktəbli qıza qarşı əxlaqsızlıq edən 58 yaşlı kişi ilə bağlı QƏRAR

Məktəbli qıza qarşı əxlaqsızlıq edən 58 yaşlı kişi ilə bağlı QƏRAR

Hazırda oxunan: Məktəbli qıza qarşı əxlaqsızlıq edən 58 yaşlı kişi ilə bağlı QƏRAR

575528

Ali Məhkəmədə arvadını on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Əhməd Vəlizadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir lo, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. İttihama görə, 1967-ci il təvəllüdlü Əhməd Vəlizadə aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edib.

Belə ki, o, təxminən 2022-ci il sentyabr ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən evinin həyətində 2013-cü il təvəllüdlü, zərərçəkmiş B.B. ilə həyətdə tək qalarkən onun köməksiz vəziyyətindən istifadə edib. Sonra Əhməd azyaşlıya qarşı uşaqbazlıq edərək seksual xarakterli zorakılıq hərəkətləri edib.

Hadisədən sonra Əhməd Vəlizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb. (Pravda.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO