Xalq artisti, tarzən Ramiz Quliyev 78 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.
"Atam bu gün səhər saatlarında dünyasını dəyişdi", - deyə Ə.Quliyev bildirib.
Xatırladaq ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.
1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
Bizim.Media