Şimal-Qərb bölgəsində QAZ OLMAYACAQ

Şimal-Qərb bölgəsində QAZ OLMAYACAQ

Hazırda oxunan: Şimal-Qərb bölgəsində QAZ OLMAYACAQ

575311

Sabah səhər saatlarından Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında qaz olmayacaq.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Zaqatala Regional Qaz İstismar İdarısindən bildirilib.

Qeyd edilib ki, Şirvan suvarma kanalının yenidən qurulması məqsədilə “Yevlax–Şəki–Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq texniki işlər səbəbindən bir sıra rayonlarda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Belə ki, oktyabrın 15 -I səhər saat 08:00-dan etibarən işlər başa çatana qədər şimal-qərb bölgəsinin beş rayonunda qazın verilişi dayandırılacaq.
 

Məlumata əsasən, fasilə Şəki şəhəri və 45-ə yaxın kənd (ümumilikdə 32 500 əhali və 553 qeyri-əhali abonenti), Oğuz şəhəri və 24 kənd (təxminən 9 600 əhali və 132 qeyri-əhali abonenti), Qax şəhəri və 23 kənd (11 333 əhali və 243 qeyri-əhali abonenti), Zaqatala şəhəri və 25 kənd (ümumilikdə 25 minə yaxın abonent) və Balakən şəhəri, 1 qəsəbə və 27 kəndi (ümumilikdə 22 minə yaxın abonent) əhatə edəcək.


İşlər başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO